Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni koronavirus ştamını yunan hərfi Omikron ilə adlandırıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı ÜST-ün yeni koronavirus (COVID-19) ştamı ilə bağlı təcili toplantısının yekun bəyanatında deyilir.

Bəyanata uyğun olaraq, ÜST Afrikanın cənubunda aşkar edilən koronavirus ştamını “rahatsızlıq doğuran variantları” qrupuna salıb.

Koronavirus infeksiyasının yeni ştamının yaranması fonunda ÜST COVID-19-a qarşı peyvəndin artırılmasına çağırıb. Təşkilatın məlumatına görə, mövcud PCR testləri omikronun ştamını tanımağa qadirdir. Qeyd edək ki, Omikron yunan əlifbasının 15-ci hərfidir.

Bundan öncə Böyük Britaniya alimləri Botsvanada 32 mutasiyanı ehtiva edən koronavirus ştamının peyda olması ilə bağlı xəbərdarlıq ediblər. Mutasiyaların çoxu onun yüksək ötürülmə qabiliyyətini və peyvəndlərə qarşı güclü müqavimətini göstərir, ştamın bütün başqa COVID-19 variantlarına nisbətən sünbül zülalında daha çox dəyişikliklər var.

Cənubi Afrika Respublikasının Milli Yoluxucu Xəstəliklər İnstitutu daha sonra yeni ştamın Cənubi Afrika Respublikasında aşkarlandığını, indiyə qədər 22 yoluxma halını təsdiqləyib.

B.1.1.529 adlı yeni COVID-19 ştamı ilə 10 yoluxma müəyyən olunub. Mutasiyalar zəif immun sistemi olan, o cümlədən HİV və ya QİÇS xəstələrini daha tez yoluxdurur.

Ümumdünya Tibb Assosiasiyasının (WMA) sədri Frank Ulrix Montqomeri bildirib ki, SARS-CoV-2 virusunun yeni versiyası “Omikron” bəşəriyyəti “ebola” virusu ilə eyni dərəcədə təhdid edə bilər. “Mənim ən böyük qorxum odur ki, bu ştamm “Delta” qədər yoluxucu və “ebola” qədər təhlükəli ola bilər”, – deyə o bildirib.

Mütəxəssisin sözlərinə görə “Omikron” mutasiyasının özü ilə daşıdığı risklərlə bağlı hələ dəqiq məlumat yoxdur, ancaq o, çox sürətlə yayılır. Montqomerinin sözlərinə görə, pandemiyanın lap əvvəlində dünya onun miqyasını lazımi səviyyədə dəyərləndirməyib.

“Mən də o vaxt düşündüm ki, bu, qripin bir növüdür. Sonra qərara gəldik ki, biz kütləvi immunitetə nail ola bilərik, ancaq sonra son dərəcə yoluxucu bir ştamm “delta” ortaya çıxdı”, – WMA rəhbəri bildirib. O, COVID-19 üçün təkrar peyvəndin hər il həyata keçirilməli olacağını istisna etməyib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın