Ukrayna hökümətinin rəhbəri Arseni Yatsenyuk istefa verib. Ukraynanın baş naziri bu barədə həftəlik müraciətində bildirib. Qərar Ali Radaya təqdim olunacaq.

Yatsenyuk qərarın aprelin 12-də Ali Radaya təqdim olunacağını deyib.


Ukraynanın baş naziri Arseni Yatsenyukun istefayla bağlı videomüraciəti

“Koalisiyanın dağılması və hökumət təşəbbüslərinin bloklanması səbəbindən mən istefa verməyi qərara aldım”, deyə Yatsenyuk bildirib.

Qeyd edək ki, o bu addımı “Azadlıq” və “UDAR” partiyalarının parlament fraksiyalarının Ali Radanın buraxılması məqsədilə “Avropa Seçimi”  koalisiyasından çıxmaq qərarından sonra atıb.

Onun sözlərinə görə, ordunun, milisin və müəllimlərin sosial durumunun yaxşılaşdırılmasına yönəlmiş qanun layihələrinin parlament tərəfindən dəstəklənməməsi yolverilməzdir. Yatsenyuk Ukrayna qaz paylaşdırıcı sisteminin operatorunun səhmlərinin 49 faizinin ABŞ və AB sərmayəçilərinə verilməsini nəzərdə tutan qanun layihəsinin də əleyhinə sərt çıxış edib.

“Koalisiyanın dağılmasının fəsadları ondan ibarətdir ki, büdcənin gəlir hissəsini təmin edə biləcək qanunlar ləğv olunub”, deyə o qeyd edib.

Qeyd edək ki, “Batkivşina”, “UDAR”, “Azadlıq” partiyalarının fraksiyaları, “İqtisadi İnkişaf” və “Suveren Avropa Ukraynası” deputat qruplarının daxil olduğu “Avropa Seçimi” koalisiyası bu ilin fevralın 27-də yaradılmışdır.

Öncəki xəbərAğ Ev Administrasiyasına petisiya: Haqq Yerini Tapsın!
Sonrakı xəbərMəleykə Abbaszadə TQDK-nın yox, DİM-in sədri olacaq
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın