“Rusiya heç vaxt nüvə silahı ilə hədələməyib”.

YALAN.info bildirir ki, APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, ABŞ-ın Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsinin mümkünlüyü haqda ittihamlarının bir sıra məqsədi var:

“Daima Rusiyanı guya Ukraynada nüvə silahından istifadə edə bilməkdə ittiham edən amerikalılar bir sıra məqsədlər güdürlər. Bu məqsədlərdən biri bilinir: öz əhalisini qorxutmaq. Ancaq Rusiya heç vaxt nəyinki nüvə silahı ilə hədələməyib, əksinə, bütün tərəfləri bu cür məsuliyyətsiz addımlara qarşı xəbərdar edib. Hansı ki, bu, Vaşinqtonu qane etmir”, – deyə Rusiya XİN sözçüsü Telegram kanalında yazıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın