Rusiya Silahlı Qüvvələri gələcəkdə irəliləmək məqsədi ilə güclərini Krivoy Roq, Kremençuq, Nikopolya və Zaporojyeyədək toplayır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı məlumat Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı Facebook səhifəsində yayıb.

Məlumata görə, Rusiya hərbçiləri Polessk, Seversk, Cənubi Buq əməliyyat rayonlarında itki verərək dayanıb: “Onlar əlverişsiz istiaqamətdə mövqelərini gücləndirməyə çalışmağa məcbur olublar. Donetsk istiqamətində gedən ağır döyüşlərdə Ukraynanın müdafiəçiləri düşmənə cavab verərək hücumun sürətinin zəiflədiblər”.

Bildirilib ki, qarşı tərəf Ukraynanın içərilərində yerləşən Dnepr, Lusk və İvano-Frankovsk şəhərlərinə raket-bomba zərbəsi endirir: “Donetsk və Tavriya istiqamətlərində rəqib hava hücumunda müdafiə sistemi qruplaşmalarını artırdığı müşahidə olunur”. Bildirilib ki, Volınada hərbi obyektlərdə və vətəndaş infrastrukturlarında diversiyanın törədilməsi təhlükəsi qalmaqdadır.

Məlumata görə, rəqibin Nikolayev üzərində nəzarət planı reallaşmayıb. Qarşı tərəf Zaporoje və Krivoy Roq istiqamətlərində irəliləyə bilməyib: “Əhəmiyyətli sayda itki onları müdafiəyə keçməyə məcbur edib. Onlar hərtərəfli təminatı reallaşdırmağa çalışırlar”.

KİMUkrayna Müdafiə Nazirliyi
MƏNBƏFacebook
Öncəki xəbərƏrdoğan Avropa ölkələrini günahlandırdı: Krımın işğalına göz yumdunuz
Sonrakı xəbərKuleba: Mariupolda 12 gündə 1 582 dinc sakin ölüb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın