Mühasirəyə alınmış Mariupolda indi planetin ən ağır humanitar fəlakəti yaşanır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ukraynanın xarici işlər naziri Dmitri Kuleba öz Twitter hesabında yazıb.

O, qeyd edib ki, Mariupolda 12 gündə 1 582 dinc sakin ölüb.

“Ukrayna ordusunu məğlub edə bilməyən rus hərbçiləri dinc əhalini qırır, humanitar yardımın qarşısını kəsir. Rusiyanın hərbi cinayətlərini dayandırmaq üçün təyyarələrə ehtiyacımız var”, – nazir bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın