UEFA Avropa Liqasının H qrupunda mübarizə aparan “Qarabağ” FK növbəti oyununu keçirib.

YALAN.info bildirir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv III turda Almaniyada “Bayer 04” klubunun qonağı olub.

“Bay Arena”dakı qarşılaşma Leverkuzen təmsilçisinin 5:1 hesablı qələbəsi ilə sona çatıb. Meydan sahiblərinin qollarını 5-ci dəqiqədə Florian Virts, 29 və 54-cü dəqiqələrdə Alexandro Qrimaldo, 35-ci dəqiqədə Viktor Bonifeys, 57-ci dəqiqədə Edmond Tapsoba vurub. 16-cı dəqiqədə Azərbaycan çempionunun heyətində Toral Bayramov penaltidən fərqlənib.

Bayer Leverkuzen 5:1 Qarabağ | UEFA Avropa Liqası | TAM OYUN

Qrupun digər görüşündə “Molde” İsveçin “Hakken” kollektivini eyni hesabla üstələyib.

Beləliklə, “Bayer 04” xallarının sayını 9-a çatdırmaqla H qrupunda vahid lider olub. “Qarabağ” 6 xalla ikinci, “Molde” 3 xalla üçüncü sıradadır. Sonuncu yerdəki “Hakken”in isə xalı yoxdur. Azərbaycan təmsilçisi noyabrın 9-da IV turda Bakıda “Bayer 04″ü qəbul edəcək.

UEFA Avropa Liqası – H qrupu

#KomandaOQHMVQBQTFXAL
1Bayer 04 Leverkuzen330011299
2Qarabağ FK320135-26
3Molde31026423
4Hakken3003110-90

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın