“Müasir dövrdə süni intellekt çox sürətlə inkişaf edir. Biz ümumi süni intellekt haqqında danışmalıyıq”.

YALAN.info bildirir ki, Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində astronavtlarla görüşdə Türkiyənin azərbaycanəsilli astronavtı Tuva Atasever deyib.

O bildirib ki, süni intellektin insan kimi, ya da ona yaxın şəkildə düşünə bilməsi və işləməsi son illərin təcrübəsidir: “Süni intellektdən istifadə etməklə kosmik araşdırmaları asanlaşdırmaq da olar. Düşünürəm ki, həm insanlarla, həm də robotlarla birlikdə təşkil edilən missiyalarda süni intellektdən istifadə etmək lazımdır. Bu isə təbii ki, müxtəlif elmi araşdırmaların asanlaşmasına və genişmiqyaslı olmasına şərait yaradacaq”.

Yada salaq ki, Tuva Cihangir Atasever Türkiyənin kosmosa ilk dəfə uçacaq astronavtıdır. O, anasının azərbaycanlı olduğunu bildirib: “İki bayraq və bir neçə foto ilə kosmosa uçub, müxtəlif eksperimentlər həyata keçirib, geri qayıtmaq istəyirəm. Çantam hazırdır. Problem yoxdur. Nə vaxt desələr, getməyə hazıram”.

Səyahətin gələn ilin ilk rübündə baş tutacağı gözlənilir. T.C.Ataseverlə birlikdə Alper Gezeravzı da kosmosa uçacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın