Microsoft-un qurucusu Bill Qeyts (Bill Gates) şirkətin rəhbərliyindən uzaqlaşdıqdan sonra tibb sahəsində xeyriyyəçilik, yeni layihələrə sponsorluq və dünyanın gələcəyi ilə bağlı proqnozlar verməyə yetərincə vaxt tapıb. Elə bir ay yoxdur ki, o, müsahibələrində gələcəklə bağlı hansısa düşüncəsini bildirməsin.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, hələ 2015-ci ildə virus xəstəlikləri, bəşəriyyəti pandemiya gözləyəcəyi barədə açıqlama verən Qeytsi elə pandemiyanın təşkilatçısı olmaqda ittiham edirlər. O isə bütün bunları analizləri sayəsində dediyini bildirib.

Son geniş müsahibəsində Bill vaksinlərin perspektivi, pandemiyanın sonu və pandemiyadan sonra dünyada hansı dəyişikliklər olacağı barədə sensasion açıqlama verib. O düşünür ki, koronavirus bizim həyatımızdan birdəfəlik itməyəcək. Bu o deməkdir ki, dünyada ara-sıra regional olaraq xəstəlik, infeksiya alovlanmaları olacaq. Ona görə bütün ölkələrdə vaksinlər əlçatan olmalıdır.

Qeyts virtual məkana öyrəşməyimizi də önə çəkib. Söhbət heç də xəstəliyə görə distant təhsil və işləməkdən də getmir. Tezliklə ali təhsil, kurslar, hətta həkim müayinələri də onlayn formata keçəcək. Bu ənənə tezliklə adi normaya çevriləcək:

“Pandemiya hətta yaşayış və iş yerlərinə tələbi də dəyişəcək. Distant təhsil və işə keçdikdən sonra insanlar artıq iş yerlərnə yaxın ərazilərdə ev axtarmayacaq. İri şəhərlər, biznes küçələri boşala bilər. İnsanlar rahatlıqla şəhərdən uzaqda, daha sakit ərazilərdə yerləşib, işləyə biləcək.

Pandemiyadan sonra sakit, uzaq, təbiətə yaxın rayonlar tələbatlı olacaq. Ofislərə bağlılıq azalacaq. Heç kim ofisdən asılı olmayacaq. Ofis icarəsi, kirayəsi düşəcək. Bu da qiymətlərə təsir edəcək. Hətta iri şirkətlərin də holdinq binalarına, bahalı ofislərə ehtiyacı olmayacaq. Onlar öz aralarında birləşib, bir ofis icarələyəcək, ya da növbə ilə eyni yerdən istifadə edəcəklər.

Koronavirus pandemiyası insanlığa çox şeylərdə dərs oldu. Nəticə etibarilə, bu sınaq artıq gələcək pandemiyalardan daha rahat çıxmağa zəmin yaradacaq. İnsanlar buna hazır olacaq”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın