Penaltilər seriyasından sonra Türkiyə Super Kubokunun növbəti qalibi “Beşiktaş” oldu.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Qətərdə keçirilən həlledici qarşılaşmada “Beşiktaş” və “Antalyaspor” komandaları qarşılaşıb.

Qarşılaşmada ilk qol İstanbul təmsilçisindən gəlib. İlk yarının 33-cü dəqiqəsində Atiba Hatçinson (Atiba Hutchinson) atdığı qolla ağ-qaraları önə çıxarıb.

İkinci yarıda komanda hesabdakı üstünlüyünü qoruya bilməyib. Yenə də “Beşiktaş”ın 38 yaşlı təcrübəli oyunçusu Atiba Hatçinson fərqləib. Bu dəfə oyunun 74-cü dəqiqəsində Kanadalı yarımmüdafiəçi topu öz komandasının qapısından keçirib.

Oyun 1:1 hesabı ilə başa çatdığından qarşılaşmanın taleyi penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasında “Beşiktaş” daha üstün olub – 4:2.

Qarşılaşmanın ən yaxşı oyunçusu mükafatına da “Beşiktaş”ın kapitanı Atiba Hatçinson layiq görülüb. 120 dəqiqə meydanda oynayan yarımmüdafiəçi “Beşiktaş”ı önə çıxaran qolu vurdu. Təcrübəli futbolçu penaltilər seriyasında da səhvə yol verməyərək komandasının kuboku qazanmasında önəmli rol oynadı.

VakıfBank Sunar : Beşiktaş 1 (5) – (3) 1 Antalyaspor (Türkiye Süper Kupası Özet) 05.01.2022
Öncəki xəbərAzərbaycanda uşaqlar arasında kütləvi virus yayılıb
Sonrakı xəbərQazaxıstan DİN: Etirazlar zamanı 8 asayiş keşikçisi öldürülüb, yüzlərlə yaralı var
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın