Avropa Birliyi (AB) Komissiyası Avropa Məhkəməsinin “Turov linyit” mədəninin bağlanması ilə bağlı qərarına tabe olmayan Polşanı 50 milyon avro cərimələyib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, AB Komissiyası “Turov linyit” mədənini bağlamayan Polşanı 20 sentyabr-19 oktyabr 2021-ci il tarixləri üçün faizlə birlikdə gündəlik 500 min avrodan 50 milyon avroya qədər cərimələyib.

AB Komissiyasının sözçüsü Balazs Ujvari ilk bildirişi noyabrın 10-da etdiklərini, 45 günlük qanuni müddətin bitməsinə baxmayaraq Polşanın heç bir ödəniş etmədiyini, ikinci bildiriş göndərdiklərini bildirib. O bildirib ki, Polşa səlahiyyətliləri ödəniş etməsə, AB Komissiyasının cəriməni toplamaq üçün güclü prosedurları var.

Polşa hökumətinin sözçüsü Piotr Müller AB Komissiyasının Polşaya ayırdığı büdcədən kəsilməsinin AB qanunlarına zidd olduğunu deyib. Bildirib ki, AB Komissiyası son nəticədə büdcədən alacağımız pulu kəsmək istəsə, bunu edə bilər, ancaq bu AB qanunlarına zidd olardı. Biz bu yükü daşıya biləcək gücdəyik”.

Ədliyyə Məhkəməsinin qərarını prinsip etibarı ilə doğru görmədiklərini və onlar üçün ən önəmli olanın polyakların enerji təhlükəsizliyi olduğunu bildirən Müller, hökumətin elektrik enerjisinin kəsilməsinin qarşısını alacaq xərcləri qarşılamağa hazır olduğunu ifadə edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın