YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan Ədalət və İnkişaf Partiyasının Siyasət Akademiyasının yeni tədris ilinin açılış toplantısında deyib.

O vurğulayıb ki, Türkiyə Ordusu və Suriya Azadlıq Ordusu indiyə qədər Afrində 3179 terrorçu zərərsizləşdirib: “Bu terrorçular – PKK/YPG-PYD ABŞ-dan maaş alırlar. Biz Türkiyədə Amerika düşmənçiliyi yaymırıq. Biz bunları etmədiymiz halda, ABŞ-da Türkiyə düşmənçiliyi baş alıb gedir. Onlar istəyir ki, hamı sussun, yalnız onlar danışsınlar. Ancaq bundan sonra belə olmayacaq. Bizim ilk hədəfimiz dünyanın ilk 10 dövləti sırasına girməkdir”.

Ərdoğan deyib ki, Afrinin mərkəzi mühasirə durumundadır: “Evlər bir-bir təmizlənir. Bölgə xalqı terrorçulardan qaçır. Ancaq terrorçular yola mina düzərək onları qətlə yetirir. Bu alçaqların düzdüyü minalara içərisində 30 sərnişin olan yük avtomobilinin düşərək partlaması nəticəsində bir ailədən 3 nəfər olmaqla hamısı öldü. Bu kimi faktlar gün kimi ortadadır. Bu həqiqəti anlamayanlar ya qafil, ya da xaindir. Heç kim heç kimi aldatmasın. Bu gün Afrindəyik, sabah Münbicdə, o biri gün isə Fəratın şərq sahilini terrorçulardan təmizləyəcəyik. Suriyada xalqa yardım etmək istəsəydilər, o zaman həmin bölgələrdə etnik təmizləmə aparmazdılar”.

“İndi terrorçuları dəstəkləyənlər üzgündürlər. “Zeytun budağı” əməliyyatını başlayanda heç kimdən icazə almadığımız kimi, nə vaxt bitəcəyini də kimsənin tapşırığı ilə etməyəcəyik. Afrində terror bataqlığı qurudulanadək əməliyyat davam edəcək. Sərhədlərimizi terror dəhlizindən təmizləyənədək bu əməliyyatları davam etdirəcəyik”, – Türkiyə prezidenti vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın