Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına uyğun olaraq, fevralın 6-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Mərasimlərdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

Sonra Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissələrin komandanlıqları gənc əsgərləri Hərbi andı qəbul etmələri münasibətilə təbrik edib, onlara xidmətlərində nizam-intizamlı, vicdanlı və cəsarətli olmağı, həvalə edilmiş silah və texnikanı dərindən öyrənməyi, Vətənə olan əsgəri borcunu ləyaqətlə yerinə yetirməyi arzulayıblar. Sonda hərbi qulluqçular təntənəli marşla tribunaların önündən keçiblər.

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

Naxçıvan Qarnizonu Qoşunlarında gənc əsgərlərin andiçmə mərasimləri keçirilib

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Orduda keçirilən mərasimdə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib.

Vətənə sədaqət andı içən gənclərimiz xalqımıza qələbə sevinci yaşadan hərbi qulluqçularımızın davamçıları olaraq Vətənimizin müdafiəsində cəsarətlə dayanacaqlarına, hərbi andın və nizamnamələrin tələblərinə  ciddi əməl edəcəklərinə, hərbi sirri qoruyacaqlarına, silah və döyüş texnikasını həmişə saz və döyüşə hazır vəziyyətdə saxlayacaqlarına söz veriblər.

Tədbirdə çıxış edənlər hərbi andı qəbul edib tam hüquqlu əsgər olmanın sevinci və qürurunu yaşayan gənc əsgərləri təbrik edərək xidmətlərində uğurlar arzulayıblar.

Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılan zaman hərbi andı qəbul edən gənclərimizin əsgər adını şərəflə daşıyacaqlarına, Vətənin müdafiəsində cəsarətlə dayanacaqlarına və uğurlu döyüş növbətçiliyi aparacaqlarına inam ifadə edilib. Təbrik oxunduqdan sonra şəxsi heyətin təntənəli keçidi olub.

Onu da bildirək ki, son günlər ölkədə COVID-19 virusuna yoluxma sayında artımın müşahidə edildiyi nəzərə alınaraq Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşü müvəqqəti olaraq qadağan olunub.

Naxçıvan Qarnizonu Qoşunlarında gənc əsgərlərin andiçmə mərasimləri keçirilib

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın