Türkiyə və Azərbaycan Silahlı Qüvvələri arasında birgə iş, təlimlərin planlaşdırılması və keçirilməsi, idarəetmə və icra prinsiplərinin uyğunlaşdırılması məqsədilə həyata keçirilən “Qardaş Briqada” layihəsi davam edir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmisi Pınar Kara bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Bu günədək 123 kvadrat kilometr ərazi qoşunlarımız və Azərbaycan hərbçiləri tərəfindən təmizlənib. Bundan başqa, minaların təmizlənməsi çərçivəsində 899 azərbaycanlı personala təlim keçirilib.

Silahlı Qüvvələrimizin ixtisaslı şəxsi heyəti və texnikası ilə hər cür tapşırıqları yerinə yetirmək üçün imkan və texnikaya malik olduğunu sübut edən birgə təlimlərimiz də davam edir”, – deyə o vurğulayıb.

Karanın sözlərinə görə, bununla bağlı olaraq 2021-ci il 5-8 oktyabr tarixlərində Naxçıvanda Türkiyə və Azərbaycan hərbçilərinin iştirakı ilə “Sarsılmaz Qardaşlıq-2021” təlimi keçirilib.

“İki dövlət, bir millət” anlayışı ilə kədərdə və sevincdə bir yerdə olduğumuz azərbaycanlı qardaşlarımızı 8 Noyabrda qeyd olunacaq Zəfər Günü münasibəti ilə təbrik edir, bundan sonra da indiyə qədər etdiyimiz kimi, bütün imkanlarımızla haqlı mübarizələrində onların yanında olacağımızı bir daha vurğulayırıq”, – deyə Pınar Kaya bildirib.

Gündemdeki Konular ve Devam Eden Faaliyetlerimiz Hakkında Basın Bilgilendirme Toplantısı Düzenlendi
MƏNBƏTürkiyə Milli Müdafiə Nazirliyi
Öncəki xəbərABŞ Prezidenti Co Bayden BMT-nin İqlim Sammitində yuxuya getdi
Sonrakı xəbərCüdo Federasiyasından ayrılan Rövnəq Abdullayev artıq futbolla məşğul olacağını dedi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın