ABC, CBS, NBC və CNN televiziya kanalları prezident Donald Trampın (Donald Trump) ilk 100 gündə əldə etdiyi uğurları göstərən siyasi çarxı yayımlamayacaqlarını bildirib.

Ödənişli çarxın bir fraqmentində ölkədə geniş tanınan televiziya aparıcılarının görüntüləri üzərində “fake news” (yəni “saxta xəbərlər”) yazılır.

Seçki kampaniyası çağlarından başlayaraq Tramp özünü və administrasiyanı tənqid edən demək olar ki, bütün yazıları “saxta xəbər” adlandırır.

Televiziya kanallarının başçılarının bildirdiyinə görə, bu siyasi çarxın uyğun olmayan məzmunu var. CNN və NBC isə öz sırasında “saxta xəbərlər” parçası çıxarıldığı halda çarxı yayımlamağa razı olacaqlarını bildiriblər.

CNN-nin bəyanatında deyilir ki, “bu siyasi çarxdan fərqli olaraq, ölkənin aparıcı media qurumları saxta xəbərlər yaymır”.

Prezidentin müşaviri Lara Tramp bildiriblər ki, siyasi çarx medianın hekayəsinə və yürütdüyü siyasətə uyğun olmadığı üçün, onu yayımlanmasının qarşısını alınır: “Bu senzuradır və azadlıq sevən hər bir amerikalını rahatsız etməlidir.”

Siyasi çarx Tramp seçki kampaniyası tərəfindən hazırlanıb. Verilən məlumatlara görə, Tramp artıq 2020-ci il seçkilərinə qoşulmaq üçün sənədlərini təqdim edib.

Qaynaq: Amerikanın Səsi


President Trump’s First 100 Days


The first 100 days of Donald Trump’s presidency


President Donald Trump’s First 100 Days In 360 Seconds

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın