Yanvarın 19-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Teymur Musayev bu təyinatadək nazir səlahiyyətlərinin müvəqqəti icrasını həyata keçirirdi.

Teymur Yusif oğlu Musayev 1970-ci ildə Bakı şəhərində anadan olub. O, 1987-1994-cü illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. 2003-2004-cü illərdə Strasburq Universitetində Laparoskopik cərrahiyyə ixtisası üzrə, 2013-2015-ci illərdə isə RISEBA və Riga Stradins Universitetində təhsilini magistr səviyyəsində davam etdirib.

T.Musayev Səhiyyə Nazirliyində Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb. Nazir vəzifəsinə qədər o, səhiyyə nazirinin birinci müavini, daha sonra müvəqqəti olaraq nazir səlahiyyətlərini yerinə yetirib. 

MƏNBƏAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Öncəki xəbərTokayev özünü qorumaq üçün bütün məsuliyyəti Nazarbayevin üzərinə yönəldəcək
Sonrakı xəbərMilli Məclis Fransa XİN başçısının Azərbaycan Prezidentindən üzr istəməsini tələb edir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın