“Taliban” hərəkatı Türkiyə qoşunlarının Əfqanıstana daxil olmasına izn verməyəcəyini bəyan edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu “RIA Novosti”yə açıqlamasında hərəkatın rəsmi nümayəndəsi Zəbiulla Mücahid deyib.

“Biz artıq Türkiyənin mövqeyini geri çevirmişik. ABŞ-ın Əfqanıstandan çıxmasından sonra heç bir xarici ölkə, ya da gücə hər hansı bir bəhanə ilə ölkəmizdə qalmağa icazə verməyəcəyik. Biz Türkiyənin qərarına qarşıyıq. Əgər hər hansı bir qərar danışıqlar prosesinə müsbət təsir edəcəksə və Əfqanıstandakı durumu yaxşılaşdıracaqsa, biz bunu alqışlayırıq. Ancaq biz Əfqanıstanda qalmağa icazə verməyəcəyik”, – deyə Mücahid vurğulayıb.

Öncəki xəbərAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev AZTV-yə müsahibə verdi
Sonrakı xəbər“Patı” biznesinə ağır zərbə: DİN bir neçə rayonda əməliyyatlar keçirdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın