“Taliban” lideri Əbdülhəmid Xorasani bildirib ki, radikal hərəkat İrana müharibə elan edib.

YALAN.info bildirir ki, xarici informasiya agentliklərinin yaydığı məlumata görə, Əfqanıstan və İran sərhədində döyüşlər başlayıb. Taliban döyüşçüləri İran ərazisinə doğru irəliləyir. Artıq hərbçilər arasında həlak olanlar da var.

Qeyd edək ki, Əfqanıstanla sərhəddə su ehtiyatları ilə bağlı münaqişə yaranıb. Helmand çayı Əfqanıstan dağlarından İranın Sistan əyalətinə axır və buradan müntəzəm quruyan gölə tökülür. Sistan əyaləti hazırda quraqlıqla üz-üzədir və İran “Taliban”ı çayda yeni bəndlər tikməkdə və suyun istiqamətini dəyişdirməkdə ittiham edir.

İran tərəfinin məlumatına görə, “Taliban” qüvvələri mehriban qonşuluq siyasətinə riayət etmədən Sasoli sərhəd məntəqəsini atəşə tutmağa başlayıb. Həmçinin, İranın cənub-şərqindəki sərhəd zastavasına şiddətli hücum edilib və bu, İran sərhədçilərinin sərt reaksiyasına səbəb olub. Toqquşmaların davam etdiyi bildirilir.

MƏNBƏTengri News
Öncəki xəbərMaksim Şevçenko: Paşinyan Qərb agenti deyil, onu Putin idarə edir
Sonrakı xəbərTürkiyə MSK Rəcəb Təyyub Ərdoğanın yenidən prezident seçildiyini açıqladı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın