Türkiyə Cümhuriyyəti Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Əhməd Yener seçkilərin nəticələrinə dair açıqlama verib.

YALAN.info bildirir ki, indiki ölkə prezidenti Rəcəb Təyyub Ərdoğanın prezident seçildiyi bildirib.

Yener indiyə qədər sayılmış nəticələrin müvəqqəti olduğunu, ancaq hələ sayılmayan səslərin nəticəyə təsir etməyəcəyini vurğulayıb.

Bakı vaxtı ilə 22:59-a olan açıqlamaya görə səsvermə bülletenlərinin 99,54 faizi işlənmişdir. Ən son məlumata görə, indiki prezident Rəcəb Təyyub Ərdoğan 52,11 faiz səs qazanıb. “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 47,89 faiz səs toplayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın