Əfqanıstan İslam Respublikasında hakimiyyəti ələ keçirən “Taliban” ölkənin müvəqqəti hökumətinin başçısı olan molla Məhəmməd Həsən Axundun ilk rəsmi şəklini yayımlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, foto hərəkatın Qətər ofisinin mətbuat katibi Məhəmməd Nəimin “Twitter” səhifəsində yayımlanıb.

Paylaşımda “Cənab molla Məhəmməd Həsən Axund, Əfqanıstan İslam Əmirliyinin baş naziri prezident sarayında”, – vurğulanıb.

Yada salaq ki, bugünədək dünya KİV yalnız onun keçmiş fotolarından yararlanırdı.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın