“Taliban” dünyanın çox ehtiyac duyduğu 1 trilyon dollarlıq mineral “üzərində oturur”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, CNN-in bu başlıqla oxucularına təqdim etdiyi xəbər gündəm olub.

Əfqanıstan dünyanın ən yoxsul ölkələrindən biri kimi göstərilir. Ancaq ABŞ hərbi rəsmiləri və geoloqları ölkənin iqtisadi durumunu kəskin şəkildə dəyişdirə biləcək təxminən 1 trilyon dollar dəyərində mineral yataqlarına sahib olduğunu açıqlayıblar.

2010-cu ildə edilən bu kəşfə görə, dəmir, mis və qızıl kimi mineral ehtiyatlar bütün ölkə ərazisinə səpələnib.

Eyni araşdırmaya görə, Əfqanıstan nadir torpaq minerallarına da sahibdir və bəlkə də ən əsası, dünyanın ən böyük litium yataqlarından biri burada yerləşir.

Əfqanıstan Mərkəzi Bankının iyun ayında açıqladığı son maliyyə hesabatına görə, ümumi aktivləri 10 milyard dollardır ki, bunun da 1.3 milyard dolları qızıl ehtiyatları, 362 milyon dolları valyuta pul ehtiyatlarıdır. 1,3 milyard dollarlıq qızıl ehtiyatları Nyu-York Federal Ehtiyat Bankında saxlanılır.

Əfqanıstan Mərkəzi Bankının sədri Əhmədinin sosial media hesabında verdiyi məlumata görə, Əfqanıstan Mərkəzi Bankının 10 milyard dollarlıq ehtiyatının 3,1 milyard dollarını ABŞ xəzinə istiqrazları təşkil edir.

Öncəki xəbərİlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında oldu
Sonrakı xəbərFransa prezidenti Makron Paşinyanla bölgədəki durumu müzakirə etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın