Əfqanıstan İslam Respublikasında hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı növbəti mətbuat konfransı təşkil edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, tədbir “Əl Cəzirə” telekanalı ilə yayımlanıb.

Hərəkat rəsmisi Zəbihullah Mücahid ABŞ-a ultimatum verərək, təxliyyə prosesinin avqustun 31-dək başa çatmasını tələb edib və bu tarixdən sonra analoji əməliyyatların həyata keçirilməsinə icazə verməyəcəklərini bəyan edib.

O, “Taliban”ın Kabil hava limanına aparan yolları bağladığını və yalnız əcnəbi vətəndaşların keçidinə icazə verildiyini bildirib.

Mücahid yerli sakinləri ölkədə qalmağa çağırıb və ABŞ-ı əfqan elitasını xaricə daşımaqda ittiham edib.

“Taliban” təmsilçisi Türkiyə ilə yaxşı münasibətlər qurmağı istədiklərini, ancaq bu dövlətin hərbçilərini ölkədə görmək istəmədiklərini bildirib.

Hərəkat rəsmisi sabahdan etibarən ölkədə bankların fəaliyyətə başlayacağını, yaxın gələcəkdə isə qadın dövlət qulluqçularının da öz işlərinə qayıda biləcəklərini açıqlayıb.

Hazırda müqavimət qüvvələrinin nəzarətində olan Pəncşir vilayətilə bağlı məsələyə toxunan Mücahid mövcud vəziyyətlə barışmayacaqları qeyd edib.

Həmçinin, “Taliban” nümayəndəsi hərəkatın Əfqanıstandakı xarici diplomatik nümayəndəliklərə təhlükəsizlik təminatı verdiyini vurğulayıb.

Taliban issues new warning against extending evacuation deadline | Al Jazeera Breakdown
Öncəki xəbərNuran Abdullayev: Məktəblər onlayn olmalıdır, səhiyyənin uşaqları qoruyacaq qədər gücü yoxdur
Sonrakı xəbərProfessor Musa Qəniyev COVID-19 peyvəndlərinin nədən və necə hazırlandığını açıqladı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın