Almaniya Prezidenti Frank-Valter Ştaynmayer (Frank-Walter Steinmeier) Rusiyanın Ukraynadakı hərbi əməliyyatları fonunda Avropanın birləşməli olduğunu bildirib.

YALAN.info bildirir ki, Almaniya Federativ Respublikasının Prezidenti bununla bağlı Paderborn şəhərində çıxışı zamanı deyib.

“Gənc nəsillər Soyuq Müharibənin qayıdışını böyük fəlakət hesab etməyə bilər, ancaq yaşlılar hələ də belə bir durumun, özəlliklə də Avropadakı insanlar üçün nə qədər kövrək və təhlükəli olduğunu xatırlayırlar. Rusiyanın hərbi əməliyyatı Avropanın birliyinə qarşı müharibədir. Biz özümüzün bölünməsinə icazə verə bilmərik”, – deyə Almaniya Prezidenti vurğulayıb.

O, həmçinin qeyd edib ki, avropalılar öz dəyərlərini müdafiə etməyə və həssas xərcləri nəzərə almağa hazır olsalar, ortaq mövqe mümkün ola bilər. Prezident əlavə edib ki, Avropanın buna hazır olub-olmaması yaxın həftələr və aylar üçün aktual olacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın