Əfqanıstan İslam Respublikasında siyasi hakimiyyətə gələn “Taliban” ölkədəki Buddist irsini qoruyacağına söz verib. 

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Taliban”ın Mədəniyyət və İnformasiya Nazirliyinin Arxeologiya Departamentinin rəhbəri Zabiulla Sadat məlumat verib.

O qeyd edib ki, ölkədəki tarixi abidələr, o cümlədən Budda heykəlləri qorunacaq, ehtiyac yaranarsa bərpa ediləcək.

Z.Sadat həmçinin əlavə edib ki, “Taliban” tarixi abidələri mühafizə etmək üçün xüsusi dəstələr ayıracaq.

“Taliban” abidələrin bərpası ilə bağlı xarici təklifləri gözdən keçirməyə də hazırdır”, – deyə “Taliban” rəsmisi vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın