Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən “Superbet Chess Classic” turnirinin qalibi olub.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, 36 yaşlı qrossmeysterimiz son turda fransalı Maksim Vaşye-Laqravla heç-heçə edib. Bununla da xallarının sayını 6-ya çatdıran Məmmədyarov çempion olub.
Azərbaycanın digər təmsilçisi Teymur Rəcəbov isə sonuncu turda Ermənistan şahmatçısı Levon Aronyanla heç-heçə edib. Nəticədə 9 oyunda 9 heç-heçə edən T.Rəcəbov turniri 4,5 xalla 6-cı yerdə başa vurub.
Qeyd edək ki, turnirdəki qələbə təmsilçimiz Şəhriyar Məmmədyarova 90 000 ABŞ dolları qazandırdı. Seriyanın növbəti mərhələsi iyunun 17-dən 23-dək Fransanın paytaxtı Parisdə keçiriləcək. Mərhələ Rapid və Blitz turnirlərindən ibarət olacaq.