Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən “Superbet Chess Classic” turnirinin qalibi olub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, 36 yaşlı qrossmeysterimiz son turda fransalı Maksim Vaşye-Laqravla heç-heçə edib. Bununla da xallarının sayını 6-ya çatdıran Məmmədyarov çempion olub.

Azərbaycanın digər təmsilçisi Teymur Rəcəbov isə sonuncu turda Ermənistan şahmatçısı Levon Aronyanla heç-heçə edib. Nəticədə 9 oyunda 9 heç-heçə edən T.Rəcəbov turniri 4,5 xalla 6-cı yerdə başa vurub.

Qeyd edək ki, turnirdəki qələbə təmsilçimiz Şəhriyar Məmmədyarova 90 000 ABŞ dolları qazandırdı. Seriyanın növbəti mərhələsi iyunun 17-dən 23-dək Fransanın paytaxtı Parisdə keçiriləcək. Mərhələ Rapid və Blitz turnirlərindən ibarət olacaq.

Öncəki xəbərNaftali Bennet İsrailin yeni baş naziri oldu
Sonrakı xəbər78 yaşlı Harrison Ford İndiana Cons 5 filminin çəkilişlərində günə 11 saat işləyir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın