Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə iyulun 22-də Şuşa şəhərində Azərbaycan Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumu keçirilib.

YALAN.info bildirir ki, forumda öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqların azadlığı uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 22 İyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycanın media nümayəndələrinə ünvanlandığı təbrik məktubunu oxuyub.

Azərbaycan mətbuatının 147 illiyi münasibətilə hazırlanmış videoçarx göstərilib. Bundan sonra forum çıxışlarla davam edib.

Tədbir çərçivəsində “Yeni media jurnalistikasına keçid: konvergensiya və yeni imkanlar”, “Media etikası: rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı”, “Azərbaycan mətbuatında Şuşa izi” və “Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri” adlı 4 panel iclası keçirilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın