Rusiya Xarici İşlər naziri (XİN) Sergey Lavrov və İran XİN rəhbəri Məhəmməd Cavad Zərif telefon danışığı zamanı Dağlıq Qarabağda yaranmış durumdan danışıblar.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı TASS Rusiya XİN-ə istinadla xəbər yayıb.

“Dağlıq Qarabağdakı indiki durum, Rusiya tərəfinin münaqişə zonasında tam atəşkəsə nail olmaq üçün göstərdiyi səylər, həmçinin, hərbi əməliyyatların təsirinə məruz qalan mülki əhaliyə humanitar yardımın göstərilməsi müzakirə edilib”, – məlumatda deyilir.

Nazirlər, eyni zamanda, Suriya, Fars körfəzi, Yəmən və Əfqanıstandakı durum də daxil olmaqla, başqa əsas mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd olunur ki, Lavrov və Zərif ticarət-iqtisadi və humanitar sahələrə də toxunublar: “Qarşılıqlı maraq doğuran məsələlərin bütün spektrləri üzrə dialoqun davam etdirilməsi ilə bağlı razılığa gəlindi”.

Öncəki xəbərFransa polisi qaçqınları qovdu, çəkməyə çalışan jurnalistlərə hücum etdi
Sonrakı xəbərLavrov: Rusiya BQXK-nın Qarabağdakı işinə 2 milyon avro yardım təklifini dəstəkləyib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın