Serbiya Türkiyədən “Bayraktar” pilotsuz uçuş aparatları (PUA) almaq niyyətindədir.

YALAN.info bildirir ki, bununla bağlı Serbiya Prezidenti Aleksandar Vuçiç “Atəş qalxanı” təliminin nəticələrindən sonra bildirib.

“Biz helikopter aviasiyamızı gücləndirəcəyik, həmçinin pilotsuz təyyarələrin sayını artıracağıq. Mən iki gün öncə (Türkiyə Prezidenti – Red.) Ərdoğanla söhbətimdə “Bayraktar”ları istədim və vəd aldım ki, türk “Bayraktar”larını bu ölkədən almaq imkanı əldə edəcəyik”, – Prezident deyib.

Serbiya ordusunun “Atəş qalxanı” təlimləri şənbə günü Pasulyanske-Livade poliqonunda başa çatıb.

Türkiyə son illər təkcə silahlı qüvvələrinin ehtiyaclarını ödəmək üçün deyil, həm də ixrac üçün döyüş PUA-larının istehsalına başlayıb. İndi “Bayraktar” PUA-ları artıq altı ölkədə xidmətdədir: Azərbaycan, Qətər, Liviya, Mərakeş, Polşa və Ukrayna. Bu tip pilotsuz aparatlardan Qarabağ müharibəsində, Suriya və Liviyada, Ukraynada döyüş əməliyyatlarında istifadə olunub.

Öncəki xəbərAvstriya kansleri Karl Neqammer Ukraynanın paytaxtı Kiyevə səfərdə oldu
Sonrakı xəbərAvstriya kansleri Karl Nehammer: Putin Zelenskinin təkbətək görüş təklifinə reaksiya vermədi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın