Avstriya kansleri Karl Nehammer Ukraynanın paytaxtı Kiyevə səfərdə olub, ölkənin Prezidenti Volodimir Zelenski, Baş naziri Denis Şmıxal və Kiyev meri Vitali Kliçko ilə danışıqlar aparıb.

YALAN.info bildirir ki, Volodimir Zelenski Avstriya kansleri Karl Neqammer ilə görüşü zamanı Ukraynanın müharibədəki qələbə faktorlarını açıqlayıb.

“Qələbə bizim nə qədər güclü olmağımızdan asılıdır. Bu həm də tərəfdaşlarımızın hansı sürətlə bizi silahla təchiz etməyindən asılıdır. Digər tərəfdən də Rusiya prezidentinin daha nə qədər irəliləməyə hazır olmasına bağlıdır. Bir çox məsələdən asılı məqamdır. Və ən əsası qələbə bizim Silahlı Qüvvələrimizdən asılıdır. Ona görə də biz bu ssenarilərdən hər birinə hazır olmalıyıq”, – Ukrayna Prezidenti bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının Mariupolu işğal etmək planlarından danışıb: “Mariupol müqavimət göstərir. Bu mübarizə nə qədər davam edəcək? Orada bizim hərbçilərimiz var. Cəsur, igid hərbçilərimiz. Onların necə olduqlarını siz yaxşı bilirsiz. Bu gün onların ətrafında 10 min rusiyalı hərbçi var”.

Avstriya kansleri Karl Nehammer Rusiya Fedrasiyasının Prezidenti Vladimir Putinlə görüşmək məqsədi ilə sabah Moskvaya uçmağı planlaşdırır. Bununla bağlı Avstriya mətbuatı məlumat yayıb. Öz növbəsində V.Putinin sözçüsü Dmitri Peskov bəyan edib ki, aprelin 11-də Rusiya Prezidenti ilə Avstriya kansleri arasında görüş baş tutacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın