Rusiyalı qrossmeyster Yan Nepomnyaşiy və norveçli Maqnus Karlsen arasında dünya şahmat tacı uğrunda mübarizənin səkkizinci partiyası ikincinin qələbəsilə nəticələnib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, hazırda ümumi hesab 5:3 indiki dünya çempionu Maqnus Karlsenin xeyrinədir.

Beləliklə, şahmatçılar arasında ilk beş və yeddinci partiyalarda heç-heçə qeydə alınıb. Altıncı və səkkizinci partiyalarda isə Karlsen üstün olub. Növbəti partiya dekabrın 7-də baş tutacaq.

Dekabrın 14-dək tərəflər toplam 14 dəfə üz-üzə gələcəklər. Bu oyunların sonunda heç-heçə qeydə alınacağı halda, sürətli şahmat üzrə 4 partiya keçiriləcək. Yenə qalib müəyyənləşməsə, öncə 2, ehtiyac yaranarsa, daha 5 blits partiya oynanılacaq. “Sülh” davam etsə, “Armageddon”a müraciət olunacaq.

Qalib Dünya Çempionu titulu ilə yanaşı 1,2 milyon avro, uduzan tərəf isə 800 min avro qazanacaq. Maqnus Karlsen 2013-cü ildə hindistanlı Vişvanatan Ananda qalib gələrək, karyerasında ilk dəfə dünya çempionluğuna yiyələnib. Karlsen daha sonra 3 dəfə titulunu qoruyub.

FIDE World Championship Match | GAME 8 | Carlsen-Nepomniachtchi
Öncəki xəbərDonald Trampın “Truth Social” sosial şəbəkəsi bir milyard dollar investisiya cəlb edib
Sonrakı xəbərBolqarıstanda türk azlığın triumfu: Balkan dövləti Avropanı, yoxsa Rusiyanı seçəcək?
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın