“Qırğızıstan Rusiya və Türkiyədən pilotsuz hücum aparatları almaq niyyətindədir”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Axar.az-ın məlumatına görə, bununla bağlı Qırğızıstan Prezidenti Sadır Japarov açıqlama verib.

“Biz Türkiyədən və Rusiyadan hücum dronları alırıq. Rusiyanın köməyi ilə reaktiv təyyarələri təmir edirik. Bütün bunlara pul ayrılır, pulsuz deyil”, – dövlət başçısı bildirib.

Qeyd edək ki, bundan öncə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin rəisi Kamçıbek Taşiyev Türkiyədən alınmış “Bayraktar” pilotsuz aparatlarının tezliklə Bişkekə təhvil veriləcəyini demişdi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın