Rüstəm Orucov: Qazandığım mükafatı əsgər və zabit qardaşlarımıza göndərəcəm

“Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən bu medalı şəhidlərimizə həsr edirəm”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı Report-a istinadən xəbər verir ki, bu fikirləri ötən gün Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanan Azərbaycan idmançısı Rüstəm Orucov deyib.

“Burada qazandığım mükafatı inşallah əsgər və zabit qardaşlarımıza göndərəcəm. Qarabağ Azərbaycandır!”, – deyə o əlavə edib.

Qeyd edək ki, cüdoçumuz nüfuzlu yarışda Monqolustan, Bolqarıstan, Rusiya, İsveç təmsilçilərinə qalib gələrək finala çıxıb.

R.Orucov qızıl medal uğrunda qarşılaşmada İsveçrə nümayəndəsi Nils Stampı məğlub edərək əsgər salamı verib. Beləliklə, Azərbaycan təmsilçisi Macarıstan yarışını fəxri kürsünün ən yüksək pilləsində başa vurub.

Bununla da bu yarışda idmançılarımızın medallarının sayı ikiyə çatıb. Bir gün öncə Orxan Səfərov bürünc medal qazanmışdı.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir