“Bir tərəfdən Azərbaycana görə sevindim, çünki 30 illik işğalın dəhşətlərinə, nəhayət ki, son qoyulub, torpaqlar azad edilib. Digər tərəfdən, bütövlüklə dağılıb yerlə yeksan olunmuş şəhər və kəndləri görmüşəm. O cümlədən Füzuli və Ağdamda olmuşam, bu şəhərlər yer üzündən silinib”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu fikirləri hərbi ekspert İqor Korotçenko bu yaxınlarda Qarabağa səfəri ilə bağlı Report informasiya agentliyinin Rusiya bürosuna danışarkən deyib.

Onun sözlərinə görə, Qarabağda gördüyü şəhərlər sanki nüvə bombardmanına tutulması təəssüratı bağışlayırdı: “Bu, Azərbaycana qarşı nifrət bombasıdır. İndi Qarabağda çox böyük bərpa və quruculuq işləri görülməlidir. Bunun üçün uzun illər və külli miqdarda vəsait lazım olacaq”.

Ekspertin fikrincə, indi Ermənistanda səsləndirilən qisas çağırışları gerçəklikdən çox uzaqdır: “Azərbaycan Ermənistanın hərbi gücünü məhv etdiyinə görə hər hansı qisas mümkün deyil. Ermənistan ordusu darmadağın edilib. Onlar Azərbaycana hücum etmək istəsələr, beynəlxalq hüquqa görə hərbi təcavüz törətmiş olacaq və bu da onlara çox baha başa gələcək. Həm də belə olan halda, KTMT və Rusiyanın Ermənistana yardım etmək üçün heç bir əsası olmayacaq”.

Rusiyalı ekspert həmçinin bu günlərdə Ermənistanda Şuşa muzeyindən oğurlanaraq apardıqları Azərbaycan xalçalarının sərgisini keçirməsini də qınayıb: “Azərbaycanın milli sərvəti olan həmin xalçalar Şuşa şəhərindən aparılıb. Mənim fikrimcə, bu, dövlət səviyyəsində qarətçilikdir və beynəlxalq birlik tərəfindən birmənalı şəkildə pislənməlidir”.

Öncəki xəbərHollivudla əməkdaşlıq edən Həbib Nurməhəmmədov Oskar almaq istəyir
Sonrakı xəbərXİN: Rəsmi İrəvanın açıqlamaları xalqlararası nifaqı qızışdıran düşüncədir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın