Azərbaycanın Qarabağ bölgəsinin Əsgəran rayonunda Rusiya sülhməramlılarının daha bir müşahidə məntəqəsi bağlanıb.

YALAN.info bildirir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyinin informasiya bülletenində deyilir.

Onu da bildirək ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları dünən gün ərzində ikisi daimi və biri müvəqqəti olmaqla üç müşahidə məntəqəsini boşaldaraq bağlayıb.

Məlumatda həmçinin qeyd olunur ki, 92 ədəd zirehli texnika, 142 ədəd avtomobil, 124 ədəd hava hücumundan müdafiə texnikası, 112 ədəd səhra artilleriya silahı, MLRS və minaatan, 1 ədəd pilotsuz uçuş aparatı (PUA), 7 min ədəddən çox atıcı silah və tank silahları olmaqla, təxminən 66,1 milyon sursat Rusiya Sülhməramlı Kontingentinə təhvil verilib.

Yada salaq ki, 2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatına əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.

MƏNBƏRusiya Federasiyası Müdafiə Nazirliyi
Öncəki xəbərTürkiyə Ordusu Suriyada PKK-nın 58 terrorçusunu məhv edib
Sonrakı xəbərHƏMAS-ın İsrailə hücumu: İranın gözlənilməz həmləsi…
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın