Silikon Vadisində “Tesla AI Day 2022” təqdimatı zamanı milyarder İlon Mask “Optimus” humanoid robotunun iki prototipini nümayiş etdirib.

YALAN.info bildirir ki, insanabənzər robot alıcılara 20 min dollardan aşağı qiymətə başa gələcəyi xəbəri verilib.

İlk prototip müstəqil şəkildə ayaq üstə hərəkət edə və musiqinin ritminə uyğun olaraq qollarını yelləyə bilir. O, çiçəkləri sulayır, qutuları toplayıb və metal çubuqları qaldırmaq kimi bir sıra ev işlərini görür. Optimus “Tesla” avtopilotunun təchiz olunduğu eyni sensorlardan istifadə edir.

Baş direktor robotun üzərində işin davam etdiyini, ancaq bir neçə ildən sonra ictimaiyyətə satıla biləcəyini söylədi. Şirkət mühəndisləri deyirlər ki, Teslanın robotları avtomobil fabriklərində işləyərək sınaqdan keçiriləcək. Gələcəkdə robot, məsələn, anbarda fəhlə kimi işləyə biləcək. Onun enerjisinin tam bir iş günü üçün kifayət edəcəyi gözlənilir.

Tesla şirkətinin qurucusu qarşıda “bolluğun gələcəyindən” danışdı. “Bu, doğurdan da, bildiyimiz kimi sivilizasiyanın əsaslı transformasiyasıdır”, – deyə davam edib.

“Terminatorun yolu”

İnvestorlar və maliyyə analitikləri Teslanın robot texnikasına üz tutmasına şübhə ilə yanaşaraq, ona diqqətini Teslanın əsas biznesi olan elektrik avtomobillərinə daha yaxın olan layihələrə yönəltməyi tövsiyə ediblər. Ancaq İlon Musk süni intellektin ən çətin problemlərindən birini həll etmək istədiyini söylədi: insanı əvəz edə biləcək bir maşın düzəltməliyik.

Bir vaxtlar süni intellektin bəşəriyyət üçün təhlükə olduğunu xəbərdar edən sahibkar, Teslanın robotların işləri gördüyü və insanların fayda əldə etdiyi bir cəmiyyətə keçidin təhlükəsiz olduğuna əmin olmaq istədiyini söylədi. “Biz həmişə ehtiyatlı olmaq istəyirik ki, Terminator yolu ilə getməyək” – deyə o, qatil kiborq haqqında blokbaster filminə istinad edərək xəbərdarlıq edib.

O, əlavə etdi ki, Tesla təhlükəsizlik tədbirləri, o cümlədən dəyişdirilə bilməyən dayandırma düyməsi üzərində işləyir. İlon Musk iddia edir ki, səhmdarlar ictimaiyyətə satılan şirkətin sosial cəhətdən məsuliyyətli olub olmadığını müəyyən edəcəklər. “Tesla AI Day” ən son məhsullarını nümayiş etdirmək və iş başında görmək məqsədi daşıyır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın