Rusiya Federasiyasının Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Haber Global” məlumat verib.

Qeyd olunub ki, Rusiya səfiri Suriyadakı durumla bağlı olaraq Türkiyə XİN-ə dəvət olunub.

Səfirə Türkiyə tərəfinin Suriyada baş verən son hadisələrlə bağlı rahatsızlığı çatdırılıb.

Qeyd edək ki, Rusiya aviasiyası Suriyada Türkiyənin nəzarətindəki əraziləri, İdlib bölgəsini şiddətli şəkildə bombalayır. 

Belə ki, martın 21-də İdlibin Atarib şəhərindəki xəstəxana, Kah qəsəbəsi, Türkiyə sərhədindən üç km aralıdakı Sarmada yaşayış məntəqəsindəki qaçqın düşərgələri və TIR parkı, Türkiyə sərhədindən iki km aralıdakı qazdoldurma məntəqəsi Rusiya aviasiyası tərəfindən vurulub.

Öncəki xəbərAzərbaycanın təşəbbüsü ilə BMT-də COVID-19-la bağlı qətnamə qəbul edilib
Sonrakı xəbərBitcoinin qiyməti fantastik dərəcədə artdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın