Ukraynada hərbi əməliyyatlar başlayandan bu yana Rusiya Silahlı Qüvvələrinin 41 mindən çox hərbçisi məhv edilib.
YALAN.info bildirir ki, bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook sosial şəbəkəsində paylaşım edib.
Məlumata görə, fevralın 24-dən indiyədək Rusiya Ordusu 41 030 hərbçisini itirib. Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin 1 768 ədəd tankı, 4 011 ədəd zirehli döyüş maşını, 932 ədəd artilleriya sistemi, 259 ədəd reaktiv yaylım atəş sistemi, 117 hava hücumundan müdafiə sistemi, 223 ədəd hərbi təyyarəsi, 190 ədəd helikopteri, 174 qanadlı raketi, 2 912 ədəd nəqliyyat vasitəsi və avtoçən, 15 ədəd gəmi-kateri, 736 ədəd dronu və 82 ədəd xüsusi texnikası məhv edilib.
Bildirilir ki, işğalçı ordu ən böyük itkiləri Donetsk və Krıvoy Roq istiqamətində verib. Belə ki, ötən sutka ərzində Rusiya Silahlı Qüvvələri 200 hərbçi, 5 ədəd tank, 7 ədəd zirehli döyüş maşın, 16 ədəd artilleriya sistemi, 10 ədəd nəqliyyat vasitəsi və avtoçən, 1 ədəd dron və 2 ədəd xüsusi texnikasını itirib.