Birləşmiş Millətlər Təşkilatının (BMT) Konqo Demokratik Respublikasındakı Sabitləşdirmə Missiyasının (MONUSCO) heyəti bazar günü Uqanda ilə sərhəddə atəş açıb.

YALAN.info bildirir ki, bununla bağlı missiyanın saytında yayımlanmış məlumatda deyilir.

İnsident nəticəsində ölən və ağır yaralananların olduğu bildirilir.

Onu da bildirək ki, bir neçə gün öncə Konqoda BMT missiyasına qarşı keçirilən etirazlar zamanı 22 nəfər, o cümlədən üç MONUSCO döyüşçüsü həlak olub, daha 67 nəfər yaralanıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın