Ukrayna tərəfi Rusiya Ordusunun müharibə itkilərinin yenilənmiş siyahısını təqdim edib.

YALAN.info bildirir ki, bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 150 605 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 397 tank, 6 658 zirehli maşın, 2 398 artilleriya sistemi, 480 reaktiv yaylım atəşi sistemi, 247 hava hücumundan müdafiə sistemi, 300 təyyarə, 288 helikopter, 2 058 PUA, 873 qanadlı raket, 18 gəmi/qayıq, 5 264 avtomobil texnikası və avtosistern, 230 xüsusi texnikadan ibarətdir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın