Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Rusiya Ordusunun texnika itkilərinin sayını açıqlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Anna Malyar Facebook-da yazıb.

O bildirib ki, fevralın 26-sı yerli vaxtla saat 06:00-a olan duruma görə, Rusiyanın 14 təyyarəsi, 8 helikopteri, 102 tankı, 536 zirehli döyüş transportyoru, 15 top, “Buk” ZRK, 17 avtomobil texnikası məhv edilib.

Report informasiya agentliyi UNIAN-ın Telegram hesabına istinadən xəbər verir ki, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Rusiya Silahlı Qüvvələrinin itirdiyi hərbçilərin sayını açıqlayıb: “Səhərə olan duruma görə, 3 500-dən çox rusiyalı hərbçi ölüb və demək olar, 200 nəfər əsir düşüb”.

MƏNBƏReport informasiya agentliyi
Öncəki xəbərMask Ukraynanın “Starlink” peyk internetinə çıxışını təmin edib
Sonrakı xəbərRusiya və Azərbaycan Prezidentləri arasında telefon danışığı olub
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın