Amerikalı milyarder İlon Mask Rusiyanın hərbi müdaxiləsinə qarşı mübarizədə Ukraynaya dəstək verib və bu ölkənin “Starlink” peyk internetinə çıxışını təmin edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Ukraynanın Rəqəmsal transformasiya naziri Mixail Fyodorov deyib.

“Tesla Inc.” şirkətinin rəhbəri İlon Mask isə xəbəri doğrulayıb: ““Starlink” xidmətləri artıq Ukrayna üçün əlçatandır. Növbəti dəfə daha çox terminallar”, – Mask, Twiter-də yazıb.

Yada salaq ki, Ukrayna Baş nazirinin müavini Mixail Fyodorov “Tesla Inc.” şirkətinin rəhbəri İlon Maskdan ölkəsinin “Starlink” peyk internetinə çıxışın təmin edilməsi ilə bağlı xahiş etmişdi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın