Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağdakı hərbi qarşıdurmada iştirak edən yaraqlılar erməni kökənlidir, ancaq onlar ABŞ, Fransa və hətta Rusiya vətəndaşlığı var.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı ura.ru xəbər agentliyi yazır.

Muzdluların hərbi əməliyyatlara cəlb edilməsində önəmli rolu diaspor təşkilatları və ictimai birlik adı altında çalışan strukturlar oynayır. Onlar erməni mənşəli əcnəbi ölkə vətəndaşlarını “könüllüləri” adı altında hərbi əməliyyatlara toplayırlar.

Lakin Rusiya pasportları ilə döyüşlərə qoşulanlar geri qayıtdıqda qanunsuz silahlı qruplaşmaların tərkibində hərbi əməliyyatlarda iştiraka görə cinayət məsuliyyətinə cəlb ediləcəklər.

Qarabağa “könüllü” dəstələrin axını artıq Rusiya KİV-lərinin diqqətini çəkib və araşdırma nəticəsində məlum olub ki, Qarabağdakı döyüşlərə cəlb edilən yaraqlıların əksəriyyəti erməni kökənli ABŞ, Fransa və hətta Rusiya vətəndaşlarıdır.

Bu hərbi birləşmələrin üzvləri “Novoya Qazeta” və ВВС-yə açıq şəkildə bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin sıralarında olmasalar da, hərbi əməliyyatların aparıldığı bölgəyə azərbaycanlılara qarşı müharibə etməyə gəliblər.

Daimi yaşadıqları ölkədə bunun nə qədər qanuni olması isə “könüllüləri” çox da rahatsız etmir.

Tarix qismən təkrarlanır: 1990-cı illərdə yaraqlılar dünyanın müxtəlif yerlərindən Ermənistana axın edirdilər. Bunun ən parlaq nümunəsi Yəməndən Qarabağa gələn, Fransada həbsxanada həyatı yaşamış, Yaxın Şərq və Avropadakı müharibələrdə təcrübə toplamış səhra komandiri Monte Melkonyandır.

Yaraqlıları toplayanlar gizliliyi də qorumurlar.

“VoMA Center” ictimai təşkilatı “Ermənistanın düşmənləri” ilə mübarizə aparmaq üçün “hazırlıqlı arxa dayaq” və “ehtiyat ordu” yaratmağı hədəflədiyini bəyan edir.

“Bizim müttəfiqimiz – ordumuzdur və biz Ermənistan və diaspor tərəfindən hazırlanmış ehtiyat güclərik”, deyə ictimai təşkilatın saytında qeyd olunub.

Təşkilatın son təşəbbüslərindən biri də dağ-atıcı batalyonun formalaşdırılmasıdır.

“Sürətli hərbi təlim kurslarını keçdikdən sonra, Ermənistan Müdafiə Nazirliyinin komandanlığı altındakı batalyonumuz təyin edilmiş ərazilərdə döyüş əməliyyatlarında iştiraka cəlb ediləcək”, – “VoMA Center” açıq şəkildə bəyan edir.

Rusiyadan gələn ermənilər üçün özəl bir təklif verilib: onlara Moskvadan İrəvana birtərəfli uçuş üçün qismən, ya da tam ödəmə şərti ilə “çarter uçuşları” söz verilib.

Batalyonun meydana çıxma vaxtı da maraqlıdır. “VOMA Center”in videolarını araşdırarkən belə bir təəssürat yaranır ki, birləşmənin yaradılmasının final mərhələsi Tovuzdakı iyul hadisələri ilə Qarabağdakı indiki gərginləşmə dövrünə düşür.

Təşkilatın video və foto materialları başqa məsələlərə də aydınlıq gətirə bilər. Misal üçün, “VOMA Center”də təlim keçənlərin yaxşı və bahalı təchizatı var və bu vəsaiti, Bakıda da güman edildiyi kimi, birbaşa Ermənistan Müdafiə Nazirliyi tərəfindən ödənilir. Bununla belə, “VoMA Center”in büdcəsinin böyük bir hissəsi xarici diaspor da daxil olmaqla ayrı-ayrı şəxslərin ianələri hesabına formalaşır. Təşkilatın rəsmi saytında “ianə” qeydiyyatı üçün ayrıca bölmə var.

Ancaq “VoMA Center” beynəlmiləl birləşmələrin yaradılmasında heç də inhisarçı rolu oynamır. İstisna deyil ki, oxşar əməkdaşlığa cəlb etmə mərkəzləri kifayət qədər çoxdur.

Bu baxımdan, Ermənistan tərəfində vuruşan qüvvələrin tərkibi ilə bağlı rahatsızlıq əsaslıdır. Sual da əsaslıdı: müharibədə təcrübə qazanmış və silah əldə etməyə çıxışı olan yaraqlılar Dağlıq Qarabağdakı döyüşlər səngiyəndən sonra nə edəcəklər? Sual heç də sadə deyil. Nəzərə alaq ki, “VOMA Center” əməkdaşlığa Rusiya vətəndaşlarını cəlb edir və bu özəlliklə döyüş bölgəsindən silahların sızması ilə nəticələnə bilər. Bu silahların sonradan Rusiyada istifadəsinin nümunələri var.  

“Könüllü” batalyonların sıralarını doldurmaq çağırışı ilə Rusiya Erməniləri Birliyinin başçısı Ara Abrahamyan və Ermənistanın diaspor məsələləri üzrə baş səlahiyyətli nümayəndəsi Zare Sinanyan da çıxış edib.

Lakin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 208-ci maddəsinə görə, ölkə xaricində silahlı qruplaşmaların tərkibində hərbi əməliyyatlarda iştirak etmək 15 ilə qədər həbs cəzası ilə nəticələnə bilər.

“VOMA Center”in bilet ödənişini yalnız bir tərəfli uçuş üçün ödəməsi əbəs yerə deyildir.

Rusiyaya qayıdan muzdlular öz əməllərinə görə qanun qarşısında məsuliyyət daşıyacaqlar.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın