Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak Rusiyaya qarşı sanksiyaların ləğvi üçün lazımi təminat və Ukraynaya dəymiş ziyanın tam ödənilməsini şərt adlandırıb.

YALAN.info bildirir ki, Yermakın bəyanatı Ukrayna prezidentinin saytında yerləşdirilib.

Siyasətçi hesab edir ki, sanksiyalar siyasəti üzrə blok Ukraynanın beynəlxalq təhlükəsizlik zəmanətlərinə salınmalı, yeni münaqişələrin qarşısının alınması üçün effektiv vasitəyə çevrilməlidir. Onun sözlərinə görə, Rusiyaya qarşı olan məhdudlaşdırıcı tədbirlər bir neçə şərt yerinə yetirilənə qədər davam etdirilməlidir.

Birincisi, Andriy Yermak Rusiyanın Ukraynaya qarşı təcavüzünün təkrar olunmayacağına dair təminat və zəmanət verilməsini, ikincisi isə dövlətə və vətəndaşlara dəymiş zərərin tam ödənilməsini adlandırıb.

Bundan başqa, zəmanətlər Ukraynaya heç bir məhdudiyyət və siyasi motivli maneələr olmadan gələcək silah və hərbi texnikanın verilməsi, eyni zamanda Ukraynaya qarşı təcavüz halında qarantların hərəkətləri üçün təfərrüatlı mexanizmləri təmin edəcək sazişlər sisteminin qurulması ilə bağlı müddəaları əhatə etməlidir.

“Ukraynanın Budapeşt memorandumu çərçivəsində təhlükəsizlik təminatı ilə bağlı son dərəcə mənfi təcrübəsi var. Biz bunu təkrarlamaqdan qəti şəkildə imtina edirik. “Budapeşt-2” olmayacaq”, – Yermak vurğulayıb.

“Biz bilirik ki, indi də Buça və Mariupoldan sonra dünyada Ukraynanın dünya sülhü və qlobal fəlakətin qarşısının alınması uğrunda qurban verilə biləcəyini düşünən fiqurlar var. Biz bilirik ki, Rusiyaya istədiyini verməyə və həmişəki kimi işi bərpa etməyə dəyər olduğuna inananlar var. Yalnız həmişəki kimi artıq olmayacaq. Rusiya danışıqlarda tam uğursuzluğunu sərgilədi. Müqavilələri pozmaq lazımdır – Rusiya realpolitikasının prinsiplərindən biridir. İkinci prinsip odur ki, bu pozuntular hüququ yalnız Rusiyaya məxsusdur. Bu o deməkdir ki, heç bir anlaşma son olmayacaq və Kreml daha çox tələb edəcək. Qonşuları, tərəfdaşları, dünyanı getdikcə daha çox yeni böhranlarla şantaj edəcək”.

“Ona görə də bizə hərtərəfli və etibarlı çözüm yolu gərəkdir. Biz Rusiyanı dayandırmalı, Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməli, Rusiyanı gələcəkdə tarixi yenidənqurma oyununu davam etdirmək imkanından məhrum etməliyik. Biz şadıq ki, NATO nə ilə məşğul olduğunu bilir. Rusiyanı Alyansın təhlükəsizliyinə “ən önəmli və birbaşa təhdid” kimi xarakterizə etmək çox düzgündür. Ancaq bu təhlükə elə indidən zərərsizləşdirilməlidir. Çünki Ukraynasız, ya da zəif Ukrayna ilə bunu etmək daha çətin olacaq. Əgər bu ümumiyyətlə realdırsa”, – Prezidenti Ofisinin rəhbəri bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın