Rusiya Prezidenti Vladimir Putin Fövqəladə Hallar naziri Yevgeni Ziniçevdən Dağlıq Qarabağdakı əhaliyə əlavə yardım göstərilməsi imkanları ilə bağlı məruzə etməsini istəyib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “RIA Novosti” məlumat yayıb.

“Yevgeni Nikolayeviç, əgər mülki əhaliyə əlavə yardım lazımdırsa, dərhal reaksiya vermək üçün nazirliyin hansı imkanları var?”, – deyə V.Putin bildirib.

Y.Ziniçev isə öz növbəsində bildirib ki, qərarın qəbul edilməsindən səkkiz saat sonra oraya xüsusi qrupun göndərilməsini təşkil etməyə hazırdır.

“Rusiya FHN Qarabağa yerli əhaliyə tibbi yardım üçün aeromobil hospital və personal göndərməyə hazırdır”, – deyə Y.Ziniçev qeyd edib.

Öncəki xəbərRusiyanın Müdafiə naziri: Artıq 1100-dən çox sülhməramlı Dağlıq Qarabağda yerləşdirilib
Sonrakı xəbərRusiya Ermənistanda əlavə beş sərhəd postu yerləşdirib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın