Rusiya Prezidenti Vladimir Putin Fövqəladə Hallar naziri Yevgeni Ziniçevdən Dağlıq Qarabağdakı əhaliyə əlavə yardım göstərilməsi imkanları ilə bağlı məruzə etməsini istəyib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “RIA Novosti” məlumat yayıb.

“Yevgeni Nikolayeviç, əgər mülki əhaliyə əlavə yardım lazımdırsa, dərhal reaksiya vermək üçün nazirliyin hansı imkanları var?”, – deyə V.Putin bildirib.

Y.Ziniçev isə öz növbəsində bildirib ki, qərarın qəbul edilməsindən səkkiz saat sonra oraya xüsusi qrupun göndərilməsini təşkil etməyə hazırdır.

“Rusiya FHN Qarabağa yerli əhaliyə tibbi yardım üçün aeromobil hospital və personal göndərməyə hazırdır”, – deyə Y.Ziniçev qeyd edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın