Futbol üzrə Azərbaycan Milli Komandasının baş məşqçisi Robert Prosineçki 2018-ci ildə Rusiyada keçiriləcək Dünya Çempionatının seçmə qrup mərhələsində sabah Norveç yığması ilə baş tutacaq görüşdən öncə keçirilmiş mətbuat konfransında bunları deyib: “Beş gündür toplanışdayıq, hazırlıqdan razıyam. Baxmayaraq ki, zədəli futbolçular vardı və tam heyətlə hazırlaşa bilmədik. Ancaq sonradan durum düzəldi. Bizi çətin oyun gözləyir. İlk oyunda Almaniyaya uduzublar. Bizi güclü rəqib gözləyir. Mən öz komandama inanıram. Hazırıq və udmaq üçün hər şeyi edəcəyik”.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının bildirdiyinə görə, Xorvatiyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

– Bəzi futbolçular klublarında oyun praktikasından çətinlik çəkirlər. Ancaq bu gün klubunda hər oyuna çıxan Vaqif Cavadov heyətdə yoxdur…

– Ramil Şeydayev və Emil Mahmudov gənc futbolçulardır. Düşünürəm ki, onlar gələcək üçün önəmli oyunçulardır. Üstəlik, onların mövqeyi Vaqif Cavadovla eyni deyil. Onun mövqeyində daha yaxşı formada olan futbolçular var. Futbolçular “Trabzonspor”, “Boavişta” və “Sumqayıt”da oynayırlar. Düşünürəm ki, bu klublar arasında fərq böyükdür.

– Start heyətini açıqlaya bilərsinizmi?

– Bilirəm ki, bu, hər kəsi maraqlandırır. Komanda son beş gündə yaxşı məşq edirdi. Əlimizdən gələni edəcəyik ki, azarkeşləri sevindirək. Üzümü futbol həvəskarlarına tuturam və onları stadiona çağırıram. O qədər optimistəm ki, sabahdan Azərbaycanda futbola marağın qalxacağına və millinin oyunlarına biletin çətinliklə tapılacağına inanıram. Sabah oyuna bu heyətlə başlayacam: Kamran Ağayev, Maqomed Mirzəbəyov, Rəşad Sadıqov, Maksim Medvedev, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Eddi İsrafilov, Ruslan Qurbanov, Dmitri Nazarov, Ağabala Ramazanov.

– Bədavi Hüseynovun start heyətində olmaması onun zədəsinin tam sağalmadığını göstərir?

– Bədavi iki aya yaxın futboldan uzaq qalıb. Son zamanlarda “Fiorentina” və “Qəbələ”yə qarşı oynayıb. Düşünürəm ki, Bədavi bu gün Norveçə qarşı oynamaq üçün formada deyil. Ümid edirəm ki, sabah heç kim zədə almayacaq. Maksim Medvedev mərkəz müdafiəçisi mövqeyində Bədavini əvəz edir və inanıram ki, heç bir problem olmayacaq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda baş tutacaq Azərbaycan-Norveç qarşılaşması İctimai kanalı (İTV) ilə yanaşı Rusiyanın “Matç! Futbol 2” kanalıda canlı yayımlanacaq.

Öncəki xəbərAzersun Holdinqin başçısı A.Goozal: Azərbaycan malları brendləşməlidir
Sonrakı xəbərPortuqaliyanın kapitanı Kriştiano Ronaldo ilk dəfə 1 oyuna 4 qol vurdu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın