Ermənistanın ikinci prezidenti, “Ermənistan” blokunun lideri Robert Köçəryan ölkəsini tərk edən vətəndaşların sayının kəskin artması ilə bağlı danışıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, Köçəryan cümə günü Ermənistanın Sevan şəhərində tərəfdarları ilə görüşü zamanı bu mövzuya toxunub.

O, bildirib ki, son bir neçə ayda ölkəni tərk edərək geri qayıtlmayanların sayı kəskin şəkildə artıb. Son dörd ay boyunca mənfi saldo 80 min nəfər olub. Oxşar göstəricilər Ermənistanda 90-cı illərin başlanğıcında qeydə alınıb. Bu isə artıq depopulyasiya, yəni qaçış adlanır.

Öncəki xəbərİlon Maskın Twitter paylaşımı yenə Bitcoin-in qiymətini aşağı saldı
Sonrakı xəbərDunya Miyatoviç Kəlbəcərdə baş vermiş mina faciəsinə münasibət bildirib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın