P&G (Procter and Gamble) şirkətinin Çox Sağ Ol, Ana reklamı YouTube-da 10 milyon dəfə izlənildi.

Procter & Gamble (P&G) şirkətinin Rio 2016 Yay Olimpiya Oyunlarına həsr etdiyi reklam videosu YouTube-da 1 həftəyə 10 milyon dəfə  izlənildi.

3-dəqiqəlik video rolikin baş rollarında olimpiya idmançılarıdır. Videoda onlar uğur qazanmalarında ən böyük yardımçıları olmuş analarını unutmur, çox sağ ol deyirlər.

Reklamın əsas sloqanı – “Kimlərinsə güclü olmasına çalışarkən başqaları da güclənir” oldu.

P&G şirkətinin bu video-roliki ABŞ-da qeyd edilən 8 May – Analar günü ərəfəsinə hazırlaması ilə izləyicilərin daha çox marağına səbəb olub.

P&G Thank You, Mom – Strong | Rio 2016 Olympic Games

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın