1,7 milyard dollarlıq sərvətlə dünyanın ən zəngin qadın musiqiçisi olan Rihanna pulunu xeyriyyə işlərinə xərcləməyə davam edir.  

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, 33 yaşlı barbadoslu müğənni “Clara Lionel Fondu” və Twitter-in qurucusu Cek Dorsinin başlatdığı #StartSmall hərəkatı ilə İqlim Ədaləti Alyansı və Qaradərililərin Həyatı Hərəkatına 15 milyon dollar ayırıb. 

Karib dənizinin ada dövləti Barbadosda doğulub boya-başa çatan Rihanna mətbuata açıqlamasında qeyd etdi: “Tezliyi və intensivliyi artan iqlim fəlakətləri bütün toplumlara eyni dərəcədə təsir göstərmir, rəngarəng icmalar və ada xalqları iqlim dəyişikliyinin yükü ilə qarşılaşır.”

Məşhur müğənni qadın, LGBT hüquqları və iqlim böhranı ilə bağlı daha 18 təşkilata ianə vəd etdiyini də açıqlayıb.

MƏNBƏClara Lionel Fondu
Öncəki xəbərMaykl Doran: İsrail ABŞ-ın Azərbaycana silah göndərməməklə bağlı xahişini rədd edib
Sonrakı xəbərHiss Murad Arifin YouTube layihəsində bütün sualları cavablandırdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın