Regional Ekoloji Mərkəzin direktoru beynəlxalq qurumları ikili standartlarda günahlandırdı

“Ermənistanda yerləşən Qaçaran və Qafandağ mədən kombinatlarında formalaşan ağır metal tullantı suları təmizlənmədən Oxçuçaya axıdılır”.

YALANşinfo Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Regional Ekoloji Mərkəzin direktoru, İctimai Şuranın sədri Mələk Şükürova deyib.

Onun sözlərinə görə, çaydan götürülən nümunələr fakt kimi beynəlxalq qurumlara təqdim edilib:

“Bizə hər hansı cavab gəlməyib. Burada ikili standartlar tətbiq edilir. Azərbaycana qarşı bu cür ekoloji terrorla bağlı beynəlxalq qurumlar susur. Həmin mədənlərin idarəçiliyində Avropanın iki nüfuzlu şirkətləri durur. Onlar ekoloji standartları öz ölkələrində fərqli təqdim edirlər. Digər ölkələrə gələndə həmin standartlar yaddan çıxır, buna göz yumulur”.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov isə bildirib ki, işğaldan azad olunan torpaqlarımızda ekoloji terrorla bağlı Azərbaycan üzv olduğu beynəlxalq konvensiyalar və qurumlara müraciətlər edib, ancaq müraciətlərə heç bir reaksiya yoxdur:

“Dünyanın hansısa ölkəsində heyvana, təbiətə zərər vurulursa, bununla bağlı cəld reaksiya verilir. Ancaq 30 ilə yaxındır ki, bununla bağlı məsələ qaldıran yoxdur. Bütün çətinliklərə baxmayaraq, haqq səsimizi qaldırıb, haqlı mövqeyimizi qoruyacağıq. Sadəcə bir sıra beynəlxalq qurumlardan reaksiyalar ala bilirik”.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir